18.05.2018 "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununu "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 235, 237,№ 12, maddə 706; 2004, № 4, maddə 202, № 6, maddə 396, № 10, maddələr 761, 779; 2007, № 5, maddə 442, № 10, maddə 938; 2008, № 8, maddə 695; 2009, № 6, maddə 398; 2014, № 10, maddə 1169; 2015, № 2, maddə 102; 2017, № 6, maddə 1022, № 12, I kitab, maddə 2204) 16-cı maddəsinin üçüncü hissəsində "Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə" sözləri "Məktəbəqədər və ümumi təhsil müəssisələrində" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi