01.05.2018 "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 8-ci bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 6, maddə 455; 2012, № 11, maddə 1067; 2015, № 7, maddə 811) 8-ci maddəsinin VIII hissəsinə "Fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilsin və həmin hissədə "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada" sözləri "Fövqəladə vəziyyət haqqında" və "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi