01.05.2018 "Xidməti və mülki silah haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Xidməti və mülki silah haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 11-ci bəndlərini rəhbər tutaraq, "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi iləəlaqədar qərara alır:

 "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 137; 2002, № 12, maddə 701; 2003, № 8, maddə 424; 2004, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 7, maddə 602; 2013, № 7, maddə 794; 2016, № 1, maddə 20; 2017, № 6, maddə 1021) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin IV hissəsinə "Fövqəladə" sözündən sonra "və ya hərbi" sözləri əlavə edilsin.

2. 19-cu maddənin II hissəsində "Müstəsna hallarda fövqəladə" sözləri "Fövqəladə və ya hərbi" sözləri ilə, "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri "Fövqəladə vəziyyət haqqında" və "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi