03.04.2018 Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 808-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 4.4-cü maddə əlavə edilsin:

"4.4. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma fəaliyyət istiqamətləri üzrə müvafiq işlərinin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi