13.02.2018 "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

         Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununa

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, Ns 6, maddə 363; 2001, Ns 11, maddə 696; 2002, Ns 12, maddə 709; 2003, Ns 1, maddə 12; 2006, Ns 8, maddə 657; 2008, Ns 5, maddə 348; 2009, Ns 10, maddə 768; 2010, Ns 5, maddə 374; 2011, Ns 4, maddə 261, Ns 12, maddə 1090) aşağıdakı məzmunda 4-1 -ci maddə əlavə edilsin:

       "Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq

Enerji istehsalçıları və enerji təchizatı müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

 

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi