01.12.2017 Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

 


Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

  

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununu "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:

1.   3-cü maddənin üçüncü abzasına "internet" sözündən sonra "informasiya ehtiyatı" sözləri əlavə edilsin.

2.   5-ci maddənin birinci hissəsinə "Məlumat azadlığı haqqında","  sözlərindən sonra "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"," sözləri əlavə edilsin.

3.   10-cu maddəyə "sirləri" sözündən sonra ", habelə yayılması qadağan edilən digər informasiyanı" sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

"Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə   yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi