31.10.2017 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.2-ci maddə üzrə:
1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.”;
1.2. ikinci cümlədə “nümayəndə” sözü “işçisi” sözü ilə əvəz edilsin.

2. 31.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.1. İnzibati məhkəmə icraatında proses iştirakçıları vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.”.

3. 61.2-ci maddənin ikinci cümləsində “səlahiyyətli vəkilə və ya” sözləri “prosessual” sözü ilə əvəz edilsin.

4. 69.2-ci maddədə “səlahiyyətli” sözü “prosessual” sözü ilə əvəz edilsin.

5. 86.1.1-ci maddədə “apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi” sözləri “səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin.

6. 93-cü maddənin adından “və onların nümayəndələri” sözləri çıxarılsın.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi