31.10.2017 "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununu "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 443; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2006, № 2, maddə 64; 2007, № 10, maddə 938; 2017, № 6, maddə 1014 ) 27-ci maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Geodeziya və kartoqrafiya işlərinin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri tərəfindən həyata keçirilir və "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi