31.10.2017 "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297) 6.2.19-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.20-ci maddə əlavə edilsin:

"6.2.20. fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi