29.06.2017 Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi barədə

Layihə

 
Azərbaycan Respublikasının Su Məcəlləsində

dəyişikliklər edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135; 1999, № 8, maddə 476; 2002, № 5, maddə 237; 2003, № 1, maddə 10; 2004, № 2, maddə 57; 2006, № 11, maddə 923; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2015, № 2, maddə 72, № 4, maddə 357) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddəyə aşağıdakı məzmunda on səkkizinci abzas əlavə edilsin:

"su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etmək;".

2. 21-ci maddə üzrə:

2.1. üçüncü hissədə "tərəfindən" sözü "və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.".

3. 96-cı maddənin ikinci abzasında, 97-ci maddənin adında, birinci, ikinci və dördüncü hissələrində "pullu" sözü "ödənişli" sözü ilə əvəz edilsin.

4. 97-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.".

5. 98-ci maddə üzrə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

5.2. üçüncü hissə ləğv edilsin.

6. 103-cü maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:

"sudan təyinatı üzrə istifadə etmədikdə;".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi