13.06.2017 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq  q ə r a r a  a l ı r :

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83,  № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785) aşağıdakı dəyişikliklər edilsin.

1. 8-ci maddə üzrə:
1.1. 8.1.1-ci maddəyə "Azərbaycan Respublikasının Ali Məhkəməsi" sözlərindən sonra ", məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası" sözləri əlavə edilsin;
1.2. 8.1.2-ci maddədən "Məhkəmə-Hüquq Şurasının Aparatı," sözləri çıxarılsın.

2. 11-ci maddə üzrə:
2.1. 11.1.1.1-ci maddəyə "Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi" sözlərindən sonra ", Azərbaycan RespublikasıMəhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin vəzifəsi" sözləri əlavə edilsin;
2.2. 11.1.2.1-ci maddəyə "Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi," sözlərindən sonra "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini vəzifəsi," sözləri əlavə edilsin;
2.3. 11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə "və Azərbaycan Respublikası Ali Məhkəməsinin" sözləri ", Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının" sözləri ilə əvəz edilsin.

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi