13.06.2017 "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 417; 2004, № 10, maddə 781; 2007, № 6, maddə 561; 2011, № 2, maddə 70; 2017, № 1, maddə 4) 5.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.".

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi