13.06.2017 "Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq, "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 143; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 17.4-cü maddənin ikinci cümləsində və 22.5-ci maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" sözləri ilə əvəz edilsin.

2. 29-cu maddədə "qanunvericiliyinə" sözü "İnzibati Xətalar Məcəlləsinə" sözləri ilə əvəz edilsin.

3. 30-cu maddədə "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq" sözləri "inzibati və məhkəmə qaydasında" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi