Müntəzəm verilən suallar

 
Sual ver
 
 Vətəndaşların sualları
 

Sual:

Milli Məclisə informasiya sorğusunu necə vermək olar?

Cavab:

- Saytın baş səhifəsinin “Sorğu” bölməsi var. Burada siz doldurulması tələb edilən forma ilə tanış olaraq sorğu göndərə bilərsiniz.

 

Sual:

Milli Məclisdə rəhbər vəzifəli şəxslərinin qəbul günləri barədə necə məlumat almaq olar?

Cavab:

- Azərbaycan Respublikası Milli Məclisində rəhbər vəzifəli şəxslərin qəbul cədvəli hər ayın axırıncı həftəsi “Azərbaycan”  qəzetində və Milli Məclisin rəsmi internet səhifəsində dərc olunur.
1.Şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Parlament prospekti 1 ünvanında, Milli Məclisin inzibati binasında yerləşən Azərbaycan Respublikası Milli Məclisi Aparatının “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə” yaxınlaşır. Qəbul cədvəlində nəzərdə tutulan tarixdə “vəzifəli şəxsin” qəbuluna düşmək üçün qeydiyyatdan keçir.
2.Milli Məclisin internet səhifəsində “Qəbul günləri” bölməsindən, qəbuluna düşmək istədiyi “vəzifəli şəxsi” müəyyən edir, “Qəbula yazıl” bölməsindən “Qəbula yazılmaq üçünü formanı” doldurur və qeydiyyatdan keçir. (Bu halda da şəxsiyyət vəsiqəsinin nömrəsini dəqiq yazmaq zəruridir)

 

Sual:

Milli Məclis Aparatına inzibati vəzifəyə qəbul xüsusi imtahan yolu ilə yoxsa müsahibə əsasında həyata keçirilir?

Cavab:

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 28.2 və 29.1-ci maddələrinə və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin Aparatına kadrların dövlət qulluğuna qəbulu müsahibə yolu ilə həyata keçirilir. Milli Məclisin Aparatına dövlət qulluğuna qəbul olunmaq üçün iddiaçıların müsahibəyə buraxılması yalnız Aparatın ştat cədvəli üzrə boş vəzifə olduqda aparılır. Milli Məclisin Aparatının əsas vəzifəsi qanunvericilik hakimiyyətinin fəaliyyətinin təşkil və təmin edilməsindən ibarət olduğu üçün buraya yalnız ali təhsilli (əsasən hüquqşünas olan), normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların müvafiq ekspertizasının aparılmasında  böyük təcrübəyə, bacarığa və səriştəyə malik dövlətçiliyimizə sadiq yüksək intellektli, habelə müvafiq təşkilatı, texniki işlərin yerinə yetirilməsi üçün yetərincə idarəçilik təcrübəsi olan şəxslər buraxılırlar.

 

Sual:

Azərbaycan reallıqları barədə saytda necə məlumat almaq olar?

Cavab:

- Azərbaycan haqqında ümumi informasiya saytın yuxarı hissəsində “Azərbaycan” bölməsində göstərilmişdir.

 
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi