XƏBƏRLƏR

22/04/17

“AİLƏ OCAĞI” MÖVZUSUNDA FORUM KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Naqif Həmzəyev 2017-ci ilin MDB məkanında Ailə İli elan olunması ilə əlaqədar Tacikistanın paytaxtında keçiriləcək “Ailə ocağı” mövzusunda forumda iştirak etmək üçün aprelin 23-dən 28-dək Düşənbədə səfərdə olacaq.

ətraflı

22/04/17

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.

ətraflı

21/04/17

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Aprelin 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik edilməsi barədə sənədin müzakirə ediləcəyini bildirdi.
Layihəni şərh edən komitə sədri qeyd etdi ki, Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan sənəd 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
ətraflı

21/04/17

TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ

Aprelin 21-də Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəlikdə bir məsələ var.

ətraflı

21/04/17

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Aprelin 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Komitənin sədri Arif Rəhimzadə iclası açaraq “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun birinci oxunuşda müzakirələri zamanı deputatların səsləndirdikləri təkliflər barədə danışdı.


ətraflı

QANUN LAYİHƏLƏRİ

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

I oxunuş


Müzakirədə iştirak edin
"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
xəbərlərin arxivi qanun layihələri arxivi bəyanatların arxivi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi